Elçin Hatəmi: «İstanbul təklifindən imtina Türkiyənin bu ölkəyə qarşı neft sanksiyasına qoşulmasına cavabdır»Turqutİranla «altılıq» ölkələri arasında yeni müzakirələr mərhələsinin başlayacağı haqqında xəbərlər yayılsa da, hələlik görüşün keçiriləcəyi yer müəyyən olunmayıb. ABŞ dövlət katibi Hillari Klinton məsələ ilə bağlı açıqlama verərkən müzakirələrin aprelin 13-14-də Türkiyənin İstanbul şəhərində keçiriləcəyini bildirmişdi. Görüş yeri üçün İstanbulun seçilməsi Türkiyə və İran rəsmiləri tərəfindən də təsdiqlənmişdi. Belə ki, martın 28-29 tarixlərində İranda ikigünlük səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi ilə görüşündə də bu barədə müzakirə aparılmışdı. Tehranda jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan İranla «altılıq» ölkələr arasında müzakirələrin keçirilməsi üçün İstanbulu təklif etdiyini demişdi. Eləcə də Məhəmmədrza Rəhimi İstanbul təklifini dəyərləndirərək bildirmişdi ki, İran da müzakirələrin Türkiyədə keçirilməsini istəyir və dəstəkləyir.
Ölkəsinə qayıdan Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransı keçirərək, İranın nüvə proqramını dəstəklədiyini açıqladı. Ertəsi gün isə Türkiyə rəsmiləri İrandandan neft idxalını 10 faiz azaldacaqlarını bəyan etdilər. Qısa müddət sonra İran tərəfi İstanbul təklifindən imtina etdi. Dünyanın diqqət mərkəzində olan İran və «altılıq» ölkələrinin yeni müzakirələr mərhələsinin keçiriləcəyi yerin hələ də dəqiqləşdirilməməsi, İranın İstanbul təklifindən imtina etməsi bir sıra ekspertlərin də narahatçılığına səbəb oldu. İran nə üçün əvvəlcə razılaşdığı İstanbul təklifini sonra rədd etdi? Bu qərar Türkiyənin İrandan neft idxalını azaltması ilə nə dərəcədə bağlıdır? Suallara müxtəlif cavablar ola bilər. Biz məsələ ilə bağlı əslən Güney Azərbaycan olan, hazırda Türkiyədə yaşayan hüquq müdafiəçisi, İran üzrə ekspert Elçin Hatəminin fikirlərini öyrənmək istədik. O, İranın İstanbul təklifindən imtina etməsinin əsasən iki səbəbinin olduğunu bildirdi: «Rəcəb Tayyib Ərdoğan İrana Cənubi Koreyadan səfər etmişdi. Bildiyiniz kimi, Seulda II Nüvə Təhlükəsizliyi Sammiti keçirildi və Türkiyənin baş naziri də orada iştirak edirdi. Sammitdən öncə Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obamanın görüşü oldu və əsas müzakirə mövzularına Suriya və İranın nüvə proqramı daxil idi. Rəcəb Tayyib Ərdoğanın İrana səfər məqsədlərindən biri də rəsmi Tehranı Suriya məsələsində razı salmaq idi. Lakin İran Suriya ilə bağlı mövqeyində güzəştə getmədi. Odur ki, Türkiyə də sanksiyalara qoşularaq, İrandan neft idxalını azaltmağa qərar verdi və bu qərara dərhal Tehrandan cavab gəldi. Nəticə etibarilə İran İstanbul təkliifndən imtina etdi». Türkiyənin baş nazirinin İrana səfərini dəyərləndirən Elçin Hatəmi dedi ki, Rəcəb Tayyib Ərdoğan Tehranda hörmətsizliyə məruz qalıb: «Səfərin ilk günü planlaşdırıldığı kimi, İran prezidenti Mahmud Əhmədinejad Rəcəb Tayyib Ərdoğanla görüşədi. Buna səbəb kimi Mahmud Əhmədinejadın səhhətində problem yarandığı bildirildi. Halbuki elə həmin günü İran prezidentinin iki rəsmi görüş keçirdiyi məlum oldu. Hesab edirəm ki, bu, Türkiyənin baş nazirinə qarşı hörmətsizlik idi». Güneyli ekspert İranın «altılıq» ölkələriylə müzakirələrin keçirilməsi üçün Bağdad, Dəməşq və Beyrutu təklif etməsinə də münasibət bildirdi: «Suriya İranın əsas müttəfiqlərindən biridir. Digər iki ölkə də İranla müəyyən əlaqəsi və bağı olan dövlətlərdir. Odur ki, İran bu ölkələrin paytaxt şəhərlərini təklif edib. Türkiyə görüşün İstanbulda keçiriləsini təklif etmişdi. Çünki məsələnin sülh yolu ilə həllinə çalışan rəsmi Ankara müzakirələrdə əsas vasitəçi olmaq niyyətində idi». Elçin Hatəmi İranla «altılıq» ölkələri arasında keçiriləcək görüşlərə ümid bağlamadığını da vurğuladı: «Bundan öncə də İranla «altılıq» ölkələri arasında müzakirələr aparıldı. Amma hər iki tərəf ortaq məxrəcə gələ bilmədilər. Digər ekspertlərin də fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, İran bu cür müzakirələrlə nüvə silahı əldə etmək üçün vaxt qazanır. İrana nüvə silahı lazımdır. Hakimiyyətdə qalmaq, xarici və daxili güclərin qarşısında dayanmaq üçün rejim atom bombasına nail olmalıdır. Onun başqa çıxış və qurtuluş yolu yoxdur».Qaynaq: Xalqcəbhəsi qəzeti