Sovet ittifaqı dağıldıqdan sonra
Azərbaycan ölkəsi və Azərbaycan Türkləri İran hakimiyyətinin təhlükesizlik
planında yerləştirildi. İran Azərbaycan respublikasında nüfuzunu artırmaq üçün
başqa ölkələrlə xüsusən qərb ölkələrilə və Türkiyə ile rəqabətə geçmişdi. İran
hakimiyyətinin fikricə Azərbaycanın nüfusunun əksəriyətini şiə məzhəbinə mənsub
olan insanlar təşkil etdiyi üçün islam inqilabının ixracı burda rahatcasına baş
tuta bilərdi. İran istəyirdi Azərbaycanda elə bir hakimiyyət iş üstünə gəlsinki
tamamilə itaətkar və İranın nəzarəti altında ölkəni idarə etsin ama Azərbaycanda
millətçi və laik hökümətlərin yaranması İranın bütün çəkdiyi planları pozdu. Bu
hakimiyyətlər azad bazar iqtisadıyatının və başqa ölkələrlə xüsusilə qərblə və
Türkiyə ilə yaxın münasibətdə olmağın və dostluq sağlanılmasının tərəfdarıydılar
və buda İran üçün xoşa gəlinməz bir vəziyətidi. Çünkü İslam inqilabının ixracına
mane olurdu.
İranda siyasi otoritə inqilab
keşikçiləri təşkilatının yəni Sepahın və mollaların ənənəvi və ideologıyaya
dayanan ittifaqından təşkil olunur və bu iki qüvvə indiyə kimi dərin iki tərəfli
əlaqədə olublar və birbirini dəstəkləyiblər. Ayətulla Xumeyni və tərəfdarlarının
İranda höküməti zorla və başqa siyasi quruplarla qanlı hesablaşma nəticəsində ələ keçirdiyi
andan yəni İran islam respublikası yarandıqı bir gündən Sepah bir hərbi
ideolojik təşkilat olaraq ölkənin iqtisadi, siyasi, icitmai və mədəni sahələrinin
əksəriyətini ələ keçiribdir. Hal hazırda demək olar bütün hökümet orqanlarına
hakim olub, onların fəaliyətinə nəzarət edir. Mahmud Əhmədinəjad müəmmalı şəkildə
2005 ilində prizdent olduqu andan Sepaha mənsub olan şəxslər İran ali dini lideri
Ayətulla Əli Xaməneinin yardımı və himayəsi ilə dövlət idarəlırinin və hökümət
dairələrinin bir çox mühüm məqamlarını ələ keçiriblər. İranbriefing internet
saytının verdiyi istatistikaya istinadən hal-hazırda Prizdent və nazirlər
kabinetinin 13 naziri Sepah yetkililərindən ibarətdir və prizdentin mavinlərinin
hamısı Sepaha yaxın şəxslər və bu təşkilatın siyasətlərini dəstək verənlərdilər.
İranın hazırkı parlamentindəki deputatların 56 faizi və hətta parlament başçısı
hərbi və təhlükəsizlik qüvvələrə bağlı olan fərdlərdilər və digər qısmı zahirdə
müsteqil deptutatlardan və mollalardan təşkil olunur. Mollalar və müstəqillər də Sepahın alətləridilər,
bunlarda Sepahın planlarını və pragramlarını müdafiə edillər və bir çox məsələrdə
Sepah və Ettelaat yetkililərilə əməkdaşlıqa girillər və onlarla həmkarlıq edillər.
Azərbaycanda daxili gərginlik
yaratmaq
Sepah müstəqil Azərbaycan ölkəsini
zəiflətmək üçün müxtəlif taktikalardan və programlardan istifadə edir. Bu
taktikaların ən əhəmiyətlilərinə aşağıdakı bəndlərdə işarə olunur:
1. Sepah Azərbaycan dövlətinə
qarşı olan müxalif qurupları və güvvələrə xüsusilə islam partıyasına maddi və mənəvi
yardım edir və onları hökümətin əleyhinə silahlandırır. Dinçi şəxsləri Azərbaycanın
daxilində iğtişaş yaratmaq üçün təhrik edir.
İslamçı terrorçı qüvvələrə terror əməliyatları barədə təlim verir və istəyir
bu teroristlərdən Azərbaycan topraqlarında qərb ölkələrinin xüsusilə ABŞ və
İsaril dövlətlərinin mövqeylərinə və maraqlarına qarşı terror aktı və təxribat
törətmək üçün istifadə etsin. Son neçə ay ərzində yaxalanan teroristlər və
onların Sepahla əməkdaşlıqı bu məsələnin açıq göstərgəsidir.
2. Azərbaycanın daxilində ümumi
sabitliyi pozmaq üçün, Sepaha və Ettelaata bağlı olan narkotik qaçaqmalçılar
narkotik maddələri və müxtəlif silahları Azərbaycana geçirir və onları əhalinin
xüsusən gənclərin içinde yayır. Əldə edilən məlumatlara istinadən bu
qaçaqmalçıların bir çoxu İrana departasıya edildikdən sonra İran hakimiyyəti tərəfindən
əfv edilib, sərbəst buraxılıblar, halbuki İran höküməti ölkə daxilində
yaxaladıqı narkotik qaçaqmalçılarını ağır cəzalandırır və bir çoxu edam cəzasıla
qarşılaşır.
3. Azərbaycandan gəncləri xüsusilə
dinçi təbəqəyə bağlı olan şəxsləri dini məktəblərdə oxudub və onlara maddi
yardım göstərir və bunlar oxuduqdan sonra mollalıq dərəcəsilə Azərbaycna dönüb
və sepahın ideologiyasını və şəriət qanunlarını xalq arasında, məçidlərdə təbliğ
edillər. Bu mollalar şəriətin xürafi fikirlərini xalq içində tərvic edillər.
Misal üçün xalqı terror yolula ABŞ və İsrailə qarşı cəhada dəvət edillər və
mezheblərin tərəfdarları arasında ixtilafa səbəb olullar.
4. Bakı şəhər mərkəzinde İran
hakimiyyətinin kitabxanası var və bu kitabxandakı kitablar xalq içində ucuz qimətə
dağıdılır və bu yolla İran hökümətinin radikal şiəçi fikirlərini xalq içində rəvac
verillər. Azərbaycan Türkcə sində bir səhər kanlı adlı televiziya kanalı İran
hakimiyyəti tərəfindən yaradılıbdı və bu telekanal vasitəsilə İran Azərbaycanda
xalqı hökümət əleyhinə təhrik etməyə cəhd göstərir. Səhər kanalı Azərbaycanda
radikal şiəçilərin tribunudur və onların mövqeyi və hədəfləri barədə verliş
yayır. Salamnews, islamnews adlı internet saytlarıda iran tərəfindən maliyələşir.
5. İran qızılaypara cəmiyəti,
imdad komitəsi, şəhidlər fondu və İran mədəniyət mərkəzi Azərbaycanda fəaliyət
göstərillər. Bu organlar Sepahın və Ettelaatın yuvasına çevriliblər, xalqın
yoxsul təbəqəsinə cüzi şəkildə humanitar yardım göstərməklə İran hakimiyyətinin
simasını humanist olaraq xalq arasında cilvə verillər və bu yolla Azərbaycanın
daxilindən gizli infarmasıya toplayıb Sepahın və təhlükəsizlik organlarının
ixtiyarında qoyullar və Azərbaycan dövlətinə qarşı casus bəsləyillər. Bu məsələnin
əsil səbəbkarı Azərbaycan hakimiyyətidi. Çünkü bu orqanların Azərbaycan
daxilində fəaliyətinə icazə verir, bu hakimiyyətin iqtisadi və icitmai
ayriseçgiliyi və ədalətsizliyi səbəbilə bir çoxları İranın alətinə çevrilir. Əgər
əhalinin məişət vəziyəti yaxşılaşdırılırsa, ümumi yoxsulluq aradan qaldırılırsa
o zaman İranın əhalinin bu ağır şərayitindən öz xeyrinə suistifadə etməsi və Azərbaycana
qarşı fəaliyətinin o qədər təsiri olmayacaqdır.
6. İran hakimiyyəti 2 ölkəyə səfər
edən vətəndaşlara şübhə ilə yanaşır və onlara hakimiyyətin hərbi və təlükəsizlik
orqanlarında casus gözündə baxılır. Son zamanlar iki Azerbaycanlı şairlerinin
tutulub hebsə atılması və Sepahın və Ettelaatın məmurları tərəfindən işkəncə
edilməsi bu məsələnin açıq aşkar nümunəsidir.
7. Sepahın kiber qurupları Azərbaycan
dövlətinin və bu ölkədə bir çox İranla müxalif olan qurupların internet
saytlarına qarşı fəaliyət göstərməkdədilər. Azərbaycan dövlət televizyasının və
Azərbaycan hava yollarıınn internet saytı bir neçə müddət öncə Sepaha bağlı
olan hakerlər tərəfindən hək edilmişdi.
8. İran hakimiyyəti və onun
keşikçisi olan Sepah Azərbaycanın düşməni olan Ermənistan dövlətinə maddi və hərbi
yardım edir, xüsusilə işğal olunmuş Azərbaycan topraqlarına yerləşdirilmiş Ermənilər
bu yardımlardan daha çox yararlanıllar. Buna qarşılıqlı olaraq Azərbaycan dövlətinin
qərblə özəlliklə İsrail və Amerikayla siyasi, iqtisadi və hərbi əməkdaaşılıqlarını
müxtəlif yollarla, hədə qorxula, ölkə daxilində qeyri-sabit bir şərayitə zəmin
yaratmaqla ənglləməyə çalışır.
İki qardaş arasında düşmənçilik
toxumu əkmək
İran da yaşayan Güney Azərbaycan
Türkləri ilə əlaqədar Sepahın siyasətlərinin və planlarının mahiyəti bir az fərqlidir.
Sepah təşkil olunan andan Azərbaycan Türklərinin mədəniyətinin, tarixinin,
dilinin və musiqisinin təxribatçısı kimi meydana qədəm basmışdı. İran islam
respublikasının ilk 10 ilində sepah məmurları evlərə basqın edirdilər və Azərbaycan
mədəniyeti ilə bağlı matıryalları o cümlədən kitabları, kasetleri, video
lentlerini, musiqi alətlərini evlerdən toplayıb məhv edirdilər və bu
materialların sahibini islam inqilabına zidd olan bir fərd kimi, Allahın düşməni
olaraq ittaham edirdilər və sonra saxta bir məhkəmənin qərarı ilə ağır cəzalandırıdılar.
Musiqi alətlərini zorla evlərdən çıxardıb sındırıb yandırıdılar, bir çox
musiqiçiləri, aşıqları, ədəbiyatçıları, ziyalıları tutub işkəncə edirdilər və
uzun müddətli həbsdə saxlayırdılar və bir çoxuna komonist və anti- islam
damğası yapışdırıb edam edirdilər. Azərbaycan kültürünə bir çirkin, mübtəzəl və
kafərlərin kültür kimi baxırdılar.
Azərbaycan respublikasının müstəqilyi
əldə edildiyi zamandan İranda yaşayan Güney Azərbaycan Türkləridə öz milli mədəni
haqlarını qazanmaq üçün, rasist hakimyyət tərəfindən həyata keçirilən neqativ
asimilasıya siyasətlərinə qarşı ciddi şəkildə mübarizəni davam etməyə
başladılar və öz müqəddəratını təyin etmə hüququnu qazanmaq üçün cəmiyət içində
maraqlar artdı və bunun üçün xalq arasında milli mütivasıya və milli düşüncə, güclenməyə başladı. Azərbaycan Türklərində
İran rejiminə qarşı milli mübarizə ruhunun yüksəlişi rejimin milli hərəkəti məhv
etmək və yaxud onu zəiflətmək üçün yeni metodlara can atmaqa və yeni planlar
qurmağa məcbur etdi. Bu planlar əsasında indiyə kimi, Sepah və ona bağlı olan
media, milli hərəkəti və onun hədəflərini ırqçı, faşisti və ölkə ərazi
bütövlüyünə zərər verici bir hərəkət kimi dəyərləndiribdi və bu şəkildə xalq
içində hərəkətə qarşı təxribat aparıbdır. Güney Azərbaycanın milli və mədəni fəallarını
Amerikaya, israilə, müstəqil Azərbaycan dövlətinə və Türkiyəyə bağlamağa
çalışıbdır. Sepahın fikricə bunlar ümum xalqin və ölkənin təhlükesizliyini
pozur və ona zərər yetirillər. Sepah bu yolla və hərkətin mədəni fəallarını
saxta ittahamlara günahlandırmaqla, milli feallara qarşı tətbiq etdiyi
zorakılığa, etdikləri təziqlərə, cəmiyət və əhali arasında məşruiyət vermək istəyir.
Sepahın və Təhlükəsizlik orqanlarının zorakılıqının şəffaf nümunələrinə Babək
qalsında fırıldaqçılıqla fatimyyə günlərini bəhanə edib hərbi manevra keçirməklə
bu yürüşün 2003 ilindən başlayaraq qarşısının alması, 2006–ci ilin may ayında
İran qəzetinin Türklərin əleyhinə nəşr etdiyi təhqiramiz karikatora qarşı
etiraz edənləri Ənsari hizbullah və Bəsic qüvvələri vasitəsilə zorakılıqla
susdurması və bu yolda bir çox insanların güllələnib öldürülməsi, Urmu gölünün
İran hakimiyyəti tərəfindən qurudulmasıla əlaqədar təşkil olunan etiraz
aksıyasına qatılan fəalları tutub Sepah və Ettelaat tərəfindən işkəncə edilmələri
vəs kimi qeyri-demokratik əməllərinə işarə etmək mümkündür.
Güney Azərbaycanın müxtəlif yerlərində
hər il Sepah minlərcə zahirdə hökümət tərəfdarı olan insanları hərbi qərargahlarda
toplayır və Azərbaycan milli hərəkətinin əleyhinə təbliğat aparır. Azərbaycan
ölkəsi ac, yoxsul və fasid bir ölkə kimi tebliğ olunur və xalq içində qorxu
salmaq üçün bu ölkəni pisləyillər. Bu insanlara bu şəkildə vurğulayıllar kı əgər
Güney Azərbaycan İrandan ayrılıb quzeylə birləşirsə əhalinin bir çoxu acından
öləcək, yoxsulluq, flaket, fahişəlik ölkəni bürüyəcəkdir və müsəlmanların
namusu qeyrəti ləkələnəcəkdir.
Hər il dövlət idarələrində, mədəniyət
mərkəzlərində, üniversetlərdə, məktəblərdə, məscidlərdə ves Sepah öz tərəfdarlarına
və Bəsic üzvlərinə kanfranslar təşkil edir və bu kanfranslarda Azərbaycanın
tarixini kimlyini, dilini dəyişdirməyə çalışıllar və yerinə bir saxta kimlik
quraşdırmaq istəyillər. Misal üçün Türk kimliyi yerinə Azəri kimliyi xalqın
beyninə yerləşdirməyə çalışıllar və Türk padişahlarını, qəhrəmanlarını vəhşi, cəllad
kimi tanıdıllar və Türk dilini Azəri dili adlandırıllar və müstəqil Azərbaycan
topraqlarıla Aran adıla qələmə alıllar, və bu məqsədlə xalqa çatdırmaq istəyillər
ora Azerbaycandan fərqli bir coğrafiyadır. Bunun qarşısında fars tarixini,
dilini, mədəniyətini üstün bir varlıq kimi təqdim edillər.
Hər həftə Cuma günləri Cuma
namazının xütbələrində Cuma namzı imamları, xüsusən Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində
Azərbaycan dövlətinə qarşı sərt mövqəydən və agresiv bir halla çıxış edillər və
Azərbaycan hakimiyyətini Amerikanın və İsrailin nükəri kimi istifadə etdikləri
ifadələrdə bəyan edillər və deyillər sehyonizmin panturkizm cərəyanından himayə
etməsi İran üçün böyük bir təhlükədir və xalqdan istəyillər bu təhlükəyə ciddi
yanaşsınlar və onun qarşısını almaq üçün mübarizə aparsınlar.
Sepaha bağlı olan rəsmi qəzetlər,
jurnallar, internet saytları, xəbər agentlikləri misal üçün farsnews, mehrnews,
arannews vəs həmişe Azərbaycan xalqına qarşı mətləb nəşr etdirillər və Azərbaycan
respublikasının ərazi bütövlüyünə qarşı yeni iddaalar irəli sürüllər və bu
zehniyətlə ki bu topraqlar İran topraqlarına aidir və Quzey Azərbaycan
topraqlarını Türkmənçay və Gülüstan müqaviləsində İrandan ayrıldıqını idaa
edillər. Ərdəbil şəhərində Ettelaat və Sepahin himayəsi və yardımı nəticəsində
Şimali İran adlı bir jurnal nəşr etdirilir və orda Azərbaycan respublikasi
şimali İran kimi qeydə alınır. Hər zaman iki dövlet arasında ixtilaflar dərinləşirsə
sepah öz admalarına əmir verir, Azərbaycan dövlətinə qarşı Güney Azərbacanın
müxtəlif şəhərlrində etiraz aksıyası keçirsinlər və bu aksıyaların bir çoxu
ideologıya mahiyəti daşıyır. Etirazçılar Sepahın diktə etdiyi düşüncəni misal
üçün Azərbaycan dövlətinin qərblə münasibətini və əlaqələrini hədəfə alırlar.
Son neçə ay ərzində Təbriz şəhərinin Ənsar Hizbullah təşkiltaının başçısı Azərbaycanda
Avrovizyon mahnı müsabiqəsinə və bu ölkənin İsraillə əlaqələrinə reaksıya
olaraq bir qurup hakimiyyət tərəfdarlarını toplayıb və Azərbaycanın Təbrizdəki
konsulluqu qarşısında etiraz aksıyası keçirdilər və Sepahın bir qolu olan Ənsar hizbullah başçısı Azərbaycan dövlətini
konsulluğun bu qurup tərəfindən işğal ediləceyi ifadəsilə hədələdi.
Sepah İnternetin düşməni
İran internet şəbəkəsinə
qoşulduqu andan müxalif qüvvələrə və milli hərkətin müxtəlif quruplara mənsub
olan internet saytlarının və blogların əksəriyyəti Sepahın və Ettelaatın əmri
ilə filter edilibdir və İran sərhədləri içərisində internet istifadəçiləri bu
saytlaradan istifadə etməkdə çətinlik çəkillər. 2012 ilin əvəlindən hərkətə
bağlı olan bir çox saytlar misal üçün tribun və sananews internet saytları
sepahın kiber hücumuna məruz qaldılar və istifadəçilərin əlindən bir neçe müddət
çıxarıldılar. Sepahın milli hərəkətin saytlarını və milli fəalların e-mail
adreslərini hək etməkdən məqsədi onların fəaliyətini virtual dünyada əngəlləmək
və həmçinin milli fəalların fəaliyəti haqda bilgi əldə etmekdir. Sepah və
Ettelaat bu infarmasıyaları əldə etməklə milli kərəkətin mədəni fəaliyətini
kontrolu altına alır və bunlara qarşı hakimiyyət tərəfindən təziqlərin
artmasına və zorakılıq tətbiq edilməsinə şərayit yaradır.
Nəticə və mübahisə
Sepahın Azərbaycan xalqına qarşı
fəaliyətinə nəzərə aldığımızda belə bir nəticəyə çatmaq olar kı bu hərbi təşkilatın
Azərbaycan Türklərinə qarşı planları və sui-qəsdləri Azərbaycan dövlətinin laik
bir sistem olmasından və bu ölkenin qərb ölkələrilə o cümlədən İsrail və ABŞ la
yaxın münasibətindən qaynaqlanmır, bəlkə İranı narahat edən məsələ etnik məsləsidir
və ikiyə bölünmüş Azərbaycanın milli və tarixi bağlılıqlarıdı. İran sovet
ittifaqı dağıdıqı andan Azerbaycan Türklerinin oyanışından və bunların öz müqəddəratını
təyin etmə hüququnu eldə etmək üçün fəaliyətlərini islam hökümetin və hakim
etnikin varlqı üçün böyük bir təhlükə hesab edir. Halbuki bir çox ölkəler
saymaq olarkı İsraillədə münasibətləri yaxşıdı və İranlada yaxın əlaqələri
vardı. İran hakimiyyətini bu ölkələrin xarici siyasətindən heç zaman narahatlıq
hissi yaşamır və buna rəğmən bu ölkələrin daxili məsələlerinədə qarışmır. Bunun
açıq aşkar nümunəsi Ermənistan, Tacikistan, Hindistan ves dövlətləridir. Şəriət
məsələsinə nəzər saldıqımızda görünür İran hakimiyyəti bu barədə tənaqüzlü
görüşlərlə məsələyə yanaşıbdı. Misal üçun İran höküməti Çində, Rusiyada,
Qarabağda öldürülən müsəlmanlara indiyə kimi heç bir münasibət bildirməyibdir və
bir çox zaman cinayətkar kökümətlərin tərəfində olubdu və onlarla yaxın
iqtisadi və siyasi əməkdaşlıqına davam etdiribdi. İran hakimyyəti və onun
keşikçisi Sepah Azərbaycan xalqını İran hökümətinin varlıqına və İran ərazi
bütövlüyünə təhlükə hesab etdiyi üçün daima Azərbaycan respublikasının zəifləşdirməyə
cəhd göstəribdir və bu haqda bir çox ölkərlə xüsusilə Rusiya və Ermənistan ölkələrilə
yüksək səviyədə fikir mübadiləsi aparıbdır. Sepahın məqsədi bu planları həyata
keçirməkdən Azərbaycan respublikasının inkişafının Güney Azərbaycan Türklerinin
mübarizəsinə olan müsbət təsiri azaltmaq və bu ölkənin inkişafının qarşısını
almaq və orda bir İran yanlı hökümət yaratmaqla bu ölkəni öz hegemonyası altına
sürüməkdir. Sepahın iki Azərbaycan üçün gələcək planları Amerika və İsrailin
İrana qarşı hərbi müdaxiləsinə və hücumuna bağlıdır. Əgər bu hərbi hücum İran
hakimiyyətinə qarşı gərçəkləşərsə, Sepah Bakı şəhərində və onun ətrafınd yerləşən
nəft qaz təsisatlarını, quyularını və boru kəmərlərini yüzlərcə raketlə hədəfə
almaq fikirindədir və Güney Azərbaycanda əgər bu şərayitlə yanaşı hökümətin əleyhinə
etirzlar başlarsa Güney Azərbaycan Türklərini qarşı fiziki soyqırım və qətliam
törətmək niyyətindədir. Sepah təkcə Azərbaycan deyil bəlkə dünyada sabitlik, əmin
amanlıq və sülh üçün böyük bir təhlükə sayılır. Bu hərbi təşkilatın getdikcə
qüdrəti artmaqdadır. Əgər bu hərbi təşkilatın güclənməsinin qarşısı beynalxalq
icitmaiyət tərəfindən alınmazsa və bunun üçün ciddi bir tədbir görülməzsə, o
zaman ən yaxın gələcəkdə Sepahın nüvə silahını istehsal etməsilə və yaxud bu
silahı əldə etməsilə bütün dünya xalqları böyük bir insani faciəylə, fəlakətlə
qarşılaşacaqı ehtimalı vardır və bu faciənin məsuliyəti benalxalq icitmaiyətin
üzərinə düşür.