Zəlzələ bir təbii fəlakətdir. Insan yaranan bir gündən dünyanın bir çox yerində bu təbii fəlakətlə qarşılaşıbdır. Bu təbii fələkət nəticəsində indiyə kimi milyonlarca insan həlak olub, yaralanıb və ev eşiyi dağılıbdır. Güney Azərbaycanda baş verən zəlzələ bunun birincisi və sonuncusu deyildi, zəlzələ bir təbiətin qanunu olarak hər an dünyanın hər bir məkanında baş verə bilər. Bu fəlakətin qarşısını almaq indiyə kimi alimlər tərəfindən və elmi araışdırmalar təriqilə mümkün olmayibdır.
Dünyanın hər yerində zəlzələ baş verdiyi zaman bir çox imkanı olan insanlar, dövlətlər, təşkilatlar vəs zəlzələdən zərər görən insanlara maddi və mənəvi yardım etməyə çalışıllar. Hətta bir çox umanist insanlar o cümlədən həkimlər və xılasedicilər zəlzələ bölgələrinə gedib və insanların canını qurtarmaq üçün fiziki və tibbi yardım edillər. Bu haqda xüsusən ölkəsində təbii fəlakət baş verən hakimiyyət ve onun yetkililəri belə bir böhranın yarandıqı zaman ölkə daxilində və xaricində bir çox fəaliyətlərini dayandırıb və fəlakətdən zərər görən insanların yardımına qovuşullar. Halbukı Güney Azərbaycanda zəlzələ baş verən zamandan bu günə kimi İran hakimiyyəti tərəfindən bu insani faciəyə ciddi şəkildə əhəmiyət verilmədi. Iranın despotik dini liderinin nəzarəti altında olan radio televizya təşkilatı zəlzələ zamanı zəlzələ hadisələrinin xəbərini yaymaq yerinə əhya gecələri praqramını yayırdı və suriya hadisələri barədə senzura edilmiş suriya dövlətinin müxalif qüvvələrinə qarşı xəbərlər ekranındaydı və daha sonra gülüş bazarı adlı bir lətifə praqramı televizyadan efirdəydi. Sankı ölkədə heç nə baş verməyib və əmin amanlıqdı. İranın avtoritar hakimiyyəti bu təbii fəlakətdən zərərçəkənlərə zəlzələ baş verən zamandan bu günə kimi laqeyd münasibətlə yanaşıb.
Risalət, keyhan və hakimiyyətin radikal və mühafizəkar qüvvələrinə bağlı olan bir neçə qəzet, internet saytları vəs, zəlzələ barədə doğru düzgün bir məlumat xalqa çatdırmadılar. Hakimiyyətə mənsub olan bir çox xəbər agentlikləri misal üçün farsnews, mehrnews, isna vəs zəlzələdə ölənlər, yaralanlar və zərərçəkənlər barədə təhrif olunmuş yalan məlumatlar yaydılar və zəlzələ baş verən zamandan 24 saat keçməmişdi farsnews hakimiyyət tərəfindən xəbər verdiki xılas etmə əməliyatı tamamlandı, sankı daha orda əhalinin prablemləri həll oldu diyə bu hadisənin dosyasının bağlanmasını vurğuladılar. Eynihaldakı bir çox insanlar uçuq binlaların daşının topraqlnın altında qalıb xılas peşəkar xılas edici qüvvələr olmadan can verdilər. Hakimiyətin zəlzələ barəsində bu qərəzli fəaliyəti Güney Azərbaycan mill fəalları və İranda bir çox demokrat siyasi qüvvələr tərəfindən yalanlandı və ölənlərin, yaralananların və dağılan kəndlərin sayı hakimiyyət tərəfindən elan edildiyi statistikadan qat qat artıq olaraq açıqlandı. Zərər görən şəxslərin əksəriyəti hakimiyət tərəfindən ciddi şəkildə yardım olumadıqını dilə gətirdilər. İnternetde, sosyal şəbəkələrdə xüsusilə facebookda zəlzələ haqda yayılan xəbərlər, foto şəkillər, video filmləri hakimiyyətin Azərbaycan millətinə qarşı bütün şovonisti planlarını puça çıxartdı. Dövlət tərəfindən ciddi şəkildə yardım gəlməsə də ama Güney Azərbaycanın bir çox şəhər, kənd və qəsəbələrindən yardım seli ümum xalq tərəfindən zəlzələ bölgələrinə axmağa başladı. Hakimiyyət xalq tərəfindən ciddi şəkildə yardımı gördüyündə hərbi və təhlükəsizlik qüvvələr vasitəsilə xüsusən Sepah məmurları bu yardımların xalqın əliylə zərər görənlərə çaltdırılmasını əngəlləməyə başladılar və bu yardımların bir çoxunu xalqın əlindın zorla alıb və yardımların hakimiyət tərəfindəndən olduqunu xalqa bildirmək istedilər ama xalq artıq oyanmışdı və hakimiyyətin öncədən planladığı bütün fırıldaqlarını anlamışdı.
Bir çox xarici ölkələr zəlzələyə yardım etmək üçün hazır olduqlarını bildirdilər ama İran dövlət məqamları dedilər bizim heç bir ölkənin yardımina ehtiyacımız yoxdur və hətta Türkiyədən gələn köməyi və yardım ekibini bir neçə gün sərhəddə saxlayandan sonra geri qaytardılar. Sonra hakimiyyət bu barədə ümum xalq tərəfindən təziqlərin artmasını gördüyündə geri oturdu və bir iddə ölkələrin yardımının ölkəyə daxil olmasına icazə verdi. Əgər bu yardımlar birinci andan gəlsəydilər əhali bu qədər zərər ziyana düşməzdi, ama İran dövlətinin qərəzli siyasəti və ümum dünya ilə düşmənçilik etməsi buna mane oldu və nəticədə bir çox dağıntıların altında qalan insanlar xılas edici işləri olmadan öz həyatlarını itirdilər.
Bir çox ölkələrin dövlət başçıları zəzlələdə ölənlərin və zərər görənlərin ailəsinə rəsmi şəkildə başsağlığı veridilər ama İran dövlət başçısı Mahmud Əhmədinəjad ki saxta bir seçgilə prizdent oldu, indiyə kimi zəlzələ barəsində heç bir münasibət bildirməyibdir və ölkə daxilində yaranan ağır insani böhranı buraxıb həcc ziyarətinə yola düşüb və zəlzələ zamanı ərəbistan ölkəsində səfərdəydi.
Zəlzələ baş verən zamandan təxminən 20 saat sonra İranın diktator dini lideri Əli Xamənei hakimiyyətin əleyhinə gedən propaqandanı gördüyündə və ümum xalq içində təziqlərin və nifrətin artmasını bu barədə sosyal şəbəkələr və internet vastəsilə hiss etdiyində, ölkədə gərginliyin yaranmasından qorxub, 2 xətli bir yazıda baş sağlığı məsajı yaydı və sonunda bir neçə saat zəlzələ baş verən mətəqələrə getdi. Xamənei orda olduqu zaman zəlzələ məntəqəsi üçün dövlətin heç bir yardımından söz etmədi və dedi zəlzələ bu məntəqənin abadlıqı üçün böyük bir fürsətidi və buda əhalinin birliyilə və yardımıla həyata keçiriləcəkdir.
Xamənei və onun ailəsi indiyə kimi neft gəlirlərindən və təbii sərvətlərdən əldə edilən gəlilərdən milyardlar dolar və avro qanunsuz şəkildə oğurlayıb bank hesablarına yatırıblar. Əgər bu oğurlanmış pullar təkcə Güney Azərbaycan deyil bəlkə İran adlanan yerin bütün kəndlərinə xərclənsəydi indi kəndlərin əksəriyəti müasir şəkildə olmuşdu və binaların bir çoxu zəlzələ qarşısında dayanaqlı olardı. Ama hakimiyyətin iqtisadi ayrıseçgiliyi və hakimiyyət daxilində oğurluq indiyə kimin demək olar bir çox bölgələrin o cümlədən kəndlərin abad olmasına mane olmuşdur. Güney Azərbaycanın bir çox yerlərində olduqu kimi Qaradağ mahalında da əhalinin əksəriyyətinin yoxsul olduqundan dolayı kəndlərin binalarına baxdıqımızda evlerin bir çoxu palçıqdan və daşdan düzəlibdir, bu səbəbdən dolayı və dolayısıla hakimiyyətin bu məntəqəyə doğru düzgün sərmayə yatırtmadıqı səbəbilə zəlzələdə itgi sayısı artdı. Yoxsa ekspertlərin fikricə 6.4 balda gələn zəlzələdə itgi olmaz və bu nadir halda bəzi insanların ölümünə səbəb ola bilər. Nəticə aldıqımız zaman görününrkü dolayısıla zəlzələdə həlak olanların və zərər çəkənlərin səbəbi İran diktatoru və onun hakimiyyətidi və bu barədə onlar günahkardı.
Diktator və tərəfdarları nədən Güney Azərbaycanda baş verən zəlzələyə biganə qaldılar və ciddi şəkildə diqqət göstərmədilər?! sualının cavabına gəldiyimizdə hər zaman olduqu kimi son 90 ildə həm pəhləvi sülaləsi və həm İran İslam rejimi Azərbsycan Türklərini müxtəlif yollarla məhv etməyə çalışıblar və bu xalqı özlərinin varlıqı üçün böyük bir düşmən hesan ediblər. Bunun üçün birinci dəlil Zərərçəkənlərin Türk xalqina məsub olması hakimiyyətin bunlara qarşı ırqçılıq mövqeyindən yanaşmasına səbəb oldu, əgər bu zəlzələ fars bölgələrində veya İranın mərkəzi vilayətlərində baş versəydi bütün maddi və insani qaynaqlar hakimiyyət tərəfindən ora səfərbər edilmişdi. Qaradağ məntəqəsidə milli düşüncə baxımdan demək olar yüksək səviyədədir və rejim Güney Azərbaycanın bütünlüyü daxil bu məntəqənində zəifləməsini öz hakimiyyətinin təhlükəsizliyinin qorunması üçün zəruri hesab edir. Zəlzələ hakimiyyətin bu planı üçün böyük bir fürsət yaratdı və laqeyd münasibətlə planını həyata keçirdi.
İran hakimiyyətinin zəlzələyə diqqət göstərməməsinin ikinci səbəbi Əli Xaməneinin cahilliyi oldu. Xamənei ölkə daxilində yaranan iqtisadi böhranı, İran nüvə praqramı məsələsinin çıxılmaz bir vəziyətə gəlib çatmasını, İran hakimiyyətinin beynalxalq icitmaiyyət tərəfindən təcrid edilməsini, dövlətin xarici siyasətinin uğursuzluqla nəticələnməsini, yaxın zamanda Tehranda keçiriləcək Qeyri-aligned ölkələri iclasını nəzərə alaraq bütün hökümət media məsublarına əmir verdi bu zəlzələni kiçik miqyasda dünya icitmaiyətinə və daxildə xalqa göstərsinlər, sanki içəridə bir prablem yoxdu. Xaməneini bilmirdi ki hanki əsirdə yaşayır, orta çağdamı yoxsa müasir dövrdə, ele hesab edirdiki dünyada sadəcə İran mediası zəlzələ xəbərlərini əks etdirə bilər, internetin, sosyal şəbəkələrin təsirindən xəbərsizidi. Bu yalnış mühasibəsi nəticəsində Xamənei və totliter rejimi İnternetin, müstəqil medianın və xalqın xüsusilə milli və siyasi fəalların İnternetdə və sosyal şəbəkələrdə fəaliyətinin qarşısında uduzdular. Milli və siyasi fəalların fəaliyəti nəticəsində hakimiyyətin bir çox yalanları üzə çixdı və zəlzələ fəlakətini şəffaflıqa çıxardı.
İran hakimiyyətinin zəlzələ bölgəsində hərbi və təhlükəsizlik qüvvələri vasitəsilə müstəqil müxbirlərə və jurnalistlərə yaratdıqı məhdudəyətlər nəticəsində indiyə kimi həlak olanların və yaralananların sayı barədə dəqiq bir statistika əldə edilməyibdir. Inqilab keşihçilərinə yəni Sepaha mənsub olan məmular və hərbi qüvvələr və təhlükəsizlik polisi adi insanların belə zəlzələ zonasına girməyə icazə vermillər. Halbukə gizli şəkildə əldə edilən məlumatlara istinadən zərər görənlərin və həlak olanların sayı dövlət tərəfindən verilən statistikadan qat qat artıqdır. Misal üçün təkcə qarabulağ və kənarə kəndlərində 120 nəfərdən çox insan həlak olduqu bildirilir. 300-dən çox kənd dağılıbdır. bir çox kəndlərə zəlzələdən 24 saat sonra belə xılas edici ekibi göndərilməmişimiş. Bir çox insanlar uçuq evlərin altında qalıb və xılas edici dərdindən canını əldən vermişdi və hətta zəlzələdən 3 gün sonra bir çox insanın meyidi uçuqların altından çıxarılaraq aşkarlanıbdır.
Bir digər jurnalist məlumat verib ortalama olaraq hər kənddə 7 nəfər həlak olubdur eyni halda kı dövlət tərəfindən yayılan statistika 350 nəfərdən çox deyildi. Zəlzələdən təxminən 6 gün sonra İran qizil aypara cəmiyyəti zəlzələdə 130 min nəfərdən çox insanın zərər çəkdiyini bildirdi.
İran Rejiminin tərəfindən yaranan məhdudiyətlər nəticəsində zəlzələ baş verən yerlərdən fərqli statistikalar meydana çıxdı, halbuki hələ bir çox həqiqətlərin üstü açılmayıb və qaranlıq olaraq qalır. İran hakimiyyətinin qəsdən bu zəlzələ məsələsində qərəzli şəkildə əməl etməsi və zəlzələ bölgələrinə yardım etməməsi təkcə Azərbaycan türkləri deyil bəlkə İranda cəmiyətin əksəriyətində və dünyanən bir çox yerlərində rejimə qarşı dərin nifrətin və narazılıqın yaranmasına səbəb oldu. Azərbaycan xalqı artıq bunu bildiki insanların canının bu hökümət üçün heç bir dəyəri yoxdu və İran diktatoru və onun qulluqçuları bu zəlzələdə zərər çəkənlərə göstərdikləri laqeyd münasibətlərilə və lazımı diqqət göstərmədikləri üçün tarixin qara səhifəsində bəşəriyətə qarşı böyük bir cinayətə imza atdılar və hakimiyyətin bu xəyanəti Azərbaycan Türklərinin yaddaşindan heç zaman silinməyəcəkdir.