2011-ci ilin mart
ayının əvvəllərindən başlayaraq Suriyada indiyə kimi kütləvi etirazlar və
Suriya qurtuluş ordusu ilə dövlət hərbi və təhlükəsizlik qüvvələri arasında
silahlı qarşıdurma davam edir. Bu qarşıdurma zamanı Bəşər Əsəd hakimiyyəti
indiyə kimi 20-minə yaxın insanı qətlə yetirib, inqilab davam edəcəyi təqdirdə
ölənlərin sayının artacaqı gözlənilir. Baxmayaraq ki, müxalif qüvvələr bu yolda
çox itki veriblər, inqilab başlayan zamandan bu günə kimi təşkilatlanıb
dövlətin hərbi qüvvələrinin qarşısında gülcü səviyədə dirənib, müqavimət
göstəriblər.
Müxalif qüvvələrin gücü o qədər artıb ki, bu ilin iyul ayının
18-də üsyançı qüvvələr Şamda müdafiə nazirinin olduğu bir iclasa hücum
planladılar və bir bomba patlayışı nəticəsində, müdafiə naziri, ölkə milli
təhlükəsizlik idarəsinin sədri və bir çox ali dərəcəli general qətlə yetirildi.
Bu hadisə Suriya rejiminin yıxılma siqnallarını daha da artırdı və bu ölkənin
müttəfiqlərini o cümlədən İran hakimiyyətini qorxudaraq, təşvişə saldı.
Beynalxalq şəraitə və Suriya daxilindəki baş verən hadisələrə nəzər
saldığımızda görünür ki, müxalif quruplar və dövlət tərəfdarları arsında hər
hansı anlaşmanın, barışığın olması mümkün deyil və Əsəd dövləti bir çıxılmaz
böhranla qarşı-qarşıyadır. Sonunda əgər vəziyət belə davam edərsə bu məsələ
müxalif güclərin qələbəsi ilə və Əsəd rejiminin yıxılması ilə nəticələnəcəkdir.
Suriya hakimiyyətinin dağılması ilə İran-Suriya –Livanın Hizbullah təşkilatı
mehvərinin beli sınacaqdır ki, bu da bölgədə İranın bir dəfəlik sonunun çatması
deməkdir. Bu səbəbdən İran hakimiyyəti indiyə kimi müxtəlif yollarla Suriya
dövlətinə maliyyə, silah və hərbi mütəxəsislər göndərməyə davam edir və Əsəd
hakimiyyətinin ömrünü uzaltmağa çalışır. Hətta İranın inqilab mühafizəçiləri
təşkilatının xarici qolu olan Sepahe qüds də əlaltılarının böyük bir hissəsini
Suriyada yerləşdirib. Sepahe quds kamandirləri Suriya ordusuna etirazları necə
yatırmaları barədə təlim verirlər və kəskin nişançıları da müxalifət qurupların
üzvlərini hədəfə alıb öldürürlər. Suriya hökümətinin çöküşündən sonra
İran tamamilə ABŞ və müttəfiqləri tərəfindən mühasirəyə salınıb, bu ölkələr və
hətta öz qonşu ölkələri tərəfindən şiddətlə təcrid ediləcəkdir. Bu basqılar
nəticəsində İran hakimiyyətinin keçmişdəkindən daha çox bölgədə manevr
qabiliyyəti zəifləyəcəkdir. Çünkü Qərb dünyasının xüsusən ABŞ dövlətinin nüfuzu
bu ölkələrdə İrana nisbətən qat-qat artıqdı və İranın bu ölkələrlə münasibəti
ABŞ-la müqayisə etdildikdə sayılmazdı. Dünyanın bir çox ölkələrində İran
hakimiyyətinin düşmənçiliyə dayanan və radikal İslam idologiyayasının təsiri
altında olan qərəzli siyasəti nəticəsində və bu barədə İranın dövlət məqamlarının
cəhalətindən dolayı beynalxalq terrorizmə dəstək verdikləri üçün və bu hakimiyyətin
dünyada sabitliyin pozulmasina səbəb olmasına görə İrana qarşı təkcə dövlətlər
arası deyil hətta dünyada adi insanlar içində də nifrət artmaqdadır. Əsəd
rejiminin dağılması ilə İran hakimiyyətinin əli İsrail sərhədlərindən
bütünlüklə kəsiləcəkdir. Hizbullah və həmas teroristlərini bəsləyən İran bir
daha bu teroristlərə yardım etməkdə çətinlik çəkəcəkdir.
İran nüvə praqramı
məsələsi, İran hakimiyyətinin beynalxalq terorizmi dəstəkləməsi, beynalxalq
sabitlik və əmin-amanlıq üçün təhlükə yaratması, ölkə daxilində ağır vəziyətdə
insan haqları pozuntusuna yol verməsi, beynalxalq ictimaiyyətin qarşısında
hədələmə və təhdid diplomatiyası ilə çıxış etməsini görüncə, bir çox ekspertlər
hesab edirlər ki, Suriya hakimiyyətinin yıxılmasından sonra İran hakimiyyətinin
dəyişdirilməsi beynalxalq icitmaiyyətin diqqət mərkəzində olacaqdır.
İran hakimiyyəti ərəb
baharı başlayan bir gündən diktatorlara dəstək olub və var gücü ilə çalışıb ki,
avtoritar rejimlərin yıxılmasının qarşısını alsın. İnqilabçı şəxsləri və qurupları
qərb dünyasının özəlliklə İsrailin və Amerikanın kuklası və amili kimi media
vastəsi ilə təqdim edibdir. İranın dünyada inqilabçıların əleyhinə mənfi
təbliğatına baxmayaraq inqilabların əksəriyəti qısa zamanda qələbə ilə başa
çatmasının şahidi oluruq. Sonunda uduzan İran hakimiyyəti oldu və bu inqilablar
inqilabçıların, qərb dünyasının və bu ölkələrdə diktatorların zülmü altında
yaşayan və onların əlindən bezmiş, zara gəlmiş ümum xalqın qazancı ilə
nəticələndi.
İranın Suriya ilə
əlaqədar fəaliyəti nəticə verməyəcəkdir, çünkü inqilab fırtınası bütün ölkəni
bürüyübdür. Ola bilsin İranın və Livanda yer alan Hizbullah təşkilatının Suriya
dövlətinə yardımı və rusiya ilə Çinin bu hökümətə verdikləri dəstək inqilabın
zamanını və hakimiyyətin ömrünü bir az uzaltsın. Ancaq ölkədə bütün sektorların
inqilabçıların əlinə keçəcəyi gözlənilir və Bəşar Əsədi də Liviyanın sabiq
diktatoru Qəddafinin taleyinə bənzər bir tale gözləyir. Müxalif qüvvələrin
qələbəsi ilə Bəşər Əsədində diktatorluq həyatı sona çatacaqdır.
Təkcə Suriyanin
daxili vəziyəti deyil bəlkə bu rejimin dəyişilməsi dünyaya yeni bir düzən
verəcəkdir. Bu məsələ bölgədə əsasəndə Ərəb-İsrail barışının sağlanılmasında
böyük rol oynayacaqdır. İran hakimiyyətinin 33-illik anti-yəhudi və ya
anti-İsrail siyasətinə böyük zərbə endirəcəkdir. Bir çox ekspertlərin fikricə
bu demokratiya dalğası Suriyadan sonra İranıda basacaqdır və bütün etnik
qüvvələri və müxalif quruplar arasında rejimə qarşı mübarizə motivasiyasını
gücləndirəcəkdir. İranda yaşayan xalqlar Suriyada demokratik hökümətin
qurulmasından sevinc hissi yaşayacaqlar və ümidləri İran rejiminin
dəyişilməsinə artacaqdır. Əsəd rejiminin çöküşü İranda yaşayan ümum xalqın
maraqlarının xeyrinə olacaqdır. Çünkü İran hakimiyyəti qurulan gündən indiyə
kimi öz xalqının boğazından kəsib milyardlarla dollar məbləğində Suriya
dövlətinə, həmas və Hizbullah terror təşkilatlarına yardım edibdir və bu yolla
Yaxın Şərqdə sülhün yaranmasını əngəlləyibdir.
Digər şəraitin
xüsusən daxili və beynalxalq vəziyətin müxaliflərin xeyrinə hazır olması
şərtilə, bölgədə yüksələn bu demokratiya dalğası bir çox avtoritar sistemlərin
yaxın gələcəkdə çöküşünə səbəb olması danılmazdı. İranın daxili və xarici
şəraitinə baxdıqımızda bir çox şərait bu rejimin dağıdılması üçün səfərbər
olmaqdadır. Hakimiyyət yıxılmasından qorxduqu üçün Ölkədə bütün iqtisadi
sektorlar və dövlət idarələri təhlükəsizlik qüvvələrin və Sepah məmurlarının
sədirliyi və nəzarəti altına keçirilib. İran nüvə proqramı məsələsi barədə
gedən müzakirələrin çıxılmaz bir vəziyyətə gəlib çatması, İranın içində
əhalinin sosial şəraitin getdikcə pisləşməsi, bahalıq, Dövlət orqanlarında
oğurluğun, rüşvətin hədsiz hesabsız şəkildə çoxalması, xarici siyasətin
uğursuzluqla nəticələnməsi, bir çox ölkələrin embarqolardan dolayı İranla ticari
və iqtisadi əlaqələrini kəsməsi, beynalxaq sankasiyalar nəticəsində neft
satışının son 9 ayda hədsiz dərəcədə azalması, İranın dini liderinə
mənsub olan şəxslərin və hökümət yetkililərinin o cümlədən Sepah
kamandanlarının cəhalətə dayanaraq boş boşuna qonşu ölkələrə və qərb ölkələrinə
qarşı təhdid və qorxutma ədəbiyatından istifadə etmələri, daxildə adi xalqa
qarşı hərbi və təhlükəsizlik qüvvələr tərəfindən zorakılığın və təzyiqlərin
ağır vəziyyətdə artması, siyasi və mədəni azadlıqların tamamilə qadağan
edilməsi, bir çox iş yerlərinin, firmaların dövlətin yanlış idarəçiliyi
nəticəsində bağlanıb, fəaliyətinin dayandırılması və bu səbəbdən dolayı
getdikcə ölkədə işsiz insanlarının sayının artması və.s hakimiyyətin çıxılmaz
bir böhranın içində olmasından xəbər verir. Hakimiyyətin irticai təfəkküründən
və ağılsızlıqdan dolayı yaranan bu ağır şərait hakimiyyəti uçuruma doğru
sürüməkdədir. Bu şəraiti nəzərə aldıqımızda görünürki İranın totalitar
hakimiyyəti bölgədə hərəkətdə olan demokratiya qasırqasından özünü qurtarması
mümkün olmayacak. Suriya hakimiyyətinin yıxılmasından sonra Ərəb baharının
mahiyətindən fərqli olaraq İranda despotik rejimə qarşı gərgin bir vəziyətin
yaranması ehtimal edilir. Bu inqilabın nə zaman baş verecəyi barədə İran
toplumunun mürrəkkəb vəziyətindən dolayı kimsənin qəti bir fikri yoxdur. Əgər
İran rejiminin davranışı dünya icitmaiyyəti ilə indiki şəkildə idologıya
əsasında davam edərsə, bununla yanaşı qərb dünyası geniş vəziyətdə təzyiqlərini
İrana qarşı çoxaldarsa və hakimiyyətə qarşı olan müxalif quruplar, etnik
quruplara mənsub olan təşkilatlar öz içlərində ortaq nüqtələrə dayanaraq
hakimiyyətə qarşı dayanışma, həmrəylik göstərə bilsələr İran rejiminin yaxın
gələcəkdə çöküşü qaçılmazdı. Vurğulamaliyam ki, İranda yaşayan millətlərin öz
müqqədəratını təyin etmə hüququnu qazanmaq üçün hal hazırda birinci lazımı şərt
İran rejiminin dağılmasıdır. Ama sadəcə bu şərt kifayət qədər yetərli deyil
bəlkə bunun üçün digər amillərin də təsirini nəzərə almaq lazımdır.