Sovet ittifaqı dağıldıqdan sonra
Azərbaycan ölkəsi və Azərbaycan Türkləri İran hakimiyyətinin təhlükesizlik
planında yerləştirildi. İran Azərbaycan respublikasında nüfuzunu artırmaq üçün
başqa ölkələrlə xüsusən qərb ölkələrilə və Türkiyə ile rəqabətə geçmişdi. İran
hakimiyyətinin fikricə Azərbaycanın nüfusunun əksəriyətini şiə məzhəbinə mənsub
olan insanlar təşkil etdiyi üçün islam inqilabının ixracı burda rahatcasına baş
tuta bilərdi. İran istəyirdi Azərbaycanda elə bir hakimiyyət iş üstünə gəlsinki
tamamilə itaətkar və İranın nəzarəti altında ölkəni idarə etsin ama Azərbaycanda
millətçi və laik hökümətlərin yaranması İranın bütün çəkdiyi planları pozdu. Bu
hakimiyyətlər azad bazar iqtisadıyatının və başqa ölkələrlə xüsusilə qərblə və
Türkiyə ilə yaxın münasibətdə olmağın və dostluq sağlanılmasının tərəfdarıydılar
və buda İran üçün xoşa gəlinməz bir vəziyətidi. Çünkü İslam inqilabının ixracına
mane olurdu.
9.17.2012
8.20.2012
Diktator və Güney Azərbaycan zəlzələsi- Elçin Hatəmi
Zəlzələ bir təbii fəlakətdir. Insan yaranan bir gündən dünyanın bir çox yerində bu təbii fəlakətlə qarşılaşıbdır. Bu təbii fələkət nəticəsində indiyə kimi milyonlarca insan həlak olub, yaralanıb və ev eşiyi dağılıbdır. Güney Azərbaycanda baş verən zəlzələ bunun birincisi və sonuncusu deyildi, zəlzələ bir təbiətin qanunu olarak hər an dünyanın hər bir məkanında baş verə bilər. Bu fəlakətin qarşısını almaq indiyə kimi alimlər tərəfindən və elmi araışdırmalar təriqilə mümkün olmayibdır.
8.07.2012
Bəşər Əsəddən sonra İran hakimiyyətinin taleyi
2011-ci ilin mart
ayının əvvəllərindən başlayaraq Suriyada indiyə kimi kütləvi etirazlar və
Suriya qurtuluş ordusu ilə dövlət hərbi və təhlükəsizlik qüvvələri arasında
silahlı qarşıdurma davam edir. Bu qarşıdurma zamanı Bəşər Əsəd hakimiyyəti
indiyə kimi 20-minə yaxın insanı qətlə yetirib, inqilab davam edəcəyi təqdirdə
ölənlərin sayının artacaqı gözlənilir. Baxmayaraq ki, müxalif qüvvələr bu yolda
çox itki veriblər, inqilab başlayan zamandan bu günə kimi təşkilatlanıb
dövlətin hərbi qüvvələrinin qarşısında gülcü səviyədə dirənib, müqavimət
göstəriblər.
6.01.2012
İran nə üçün düşmənçilik edir?
İslam dövləti olduğunu iddia edən İranın başqa bir
islam ölkəsi olan Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyi aydın
şəkildə görünür. Fələstin üçün sözdə
canfəşanlıq edən rəsmi Tehranın başqa bir islam torpağını zəbt edən Ermənistana
qucaq açması, ona hər cür dəstək olması İranın gerçək üzü və siyasətindən
xəbərsiz olanlarda təəccüb və sual yaradır: “İran nə üçün Azərbaycana
qarşı düşmən mövqedə dayanır? İslam olkəsinə dəstək verəcəyi halda niyə
təcavüzkar Ermənistana yardım göstərir?” Əslində cavab elə sualların özündə
yatır. Məsələyə daha ətraflı şəkildə aydınlıq gətirmək üçün tarixin
qanlı-qadalı səhifələrini vərəqləməli oldum.
5.10.2012
Diktatorlar məkanı İran: susdurulan mətbuat, qandallanan internet
Qaranlığın izi ilə...
İran tarixinə nəzər salsaq, indiyədək bu coğrafiyada demokratik hökumətin qurulmadığını görərik. Daim avtoritar rejimlər və bu quruluşların başında dayanan diktator şahlar və rəhbərlər hakimiyyətdə olublar. Sosioloji baxımdan bu tip hökumətlərin mahiyyəti bəllidir. Tarix göstərir ki, bu cür sistemlərdə yaşayan və diktatorun əmrinə tabe olan əhalinin demək olar ki, rejimi tənqid etmək belə haqqı olmur. Diktatorlar hər zaman xalqın ona yaltaqlanmasını, məddahlıq etməsini istəyirlər. Despotik şahlar və rəhbərlər fiziki və hərbi güc sayəsində gücsüz əhalini qorxudaraq onları özlərinə tabe etməyə çalışırlar. Odur ki, bu cür hakimiyyətlər zorakılıq və qorxu əsasında yaradılır. Odur ki, belə rejimlərdə yaşayan xalqda qorxaqlıq xarakteri ümidin yerini tutur. Avtoritar hakimiyyətlər ölkənin bütün resurslarından sadəcə öz hakimiyyətlərini saxlamaq üçün istifadə edir, ətrafındakı yaltaq və məddah insanları mükafatlandırıb rifah içində yaşamalarına dəstək olurlar. Yaltaqlar sosial təminata qovuşarkən xalqın əksəriyyəti yoxsulluq və pulsuzluqdan əziyyət çəkir.
5.04.2012
Elçin Hatəmi: “Dünyada sülhə təhlükə yaradan İran rejimi yıхılmalıdır”
03.05.2012 19:08
Müsahibimiz hal-hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmidir
- Elçin bəy, diaspora sahəsində həyata keçirilən siyasəti nəcə səciyyələndirərdiniz?
- Diaspora qrupu bir millətin üzvlərinin və yaхud inanc və əqidə quruplarının mənsublarının müхtəlif səbəblərə görə öz ana yurdlarından qopması, tərk ətməsi və dünyanın müхtəlif yərlərində azlıq və dağınıq şəkildə yaşamaları və məskunlaşmalarıdır. Diaspora qurupları ümumiyətlə mənsub olduğu etnosun, хalqın və qrupun maraqlarını qoruyur. Bununda şiddəti diaspora qrupunun milli düşüncəsinin və mənsub olduğu qrupa nə dərəcədə bağlılıqıla dəyişir.
- Diaspora qrupu bir millətin üzvlərinin və yaхud inanc və əqidə quruplarının mənsublarının müхtəlif səbəblərə görə öz ana yurdlarından qopması, tərk ətməsi və dünyanın müхtəlif yərlərində azlıq və dağınıq şəkildə yaşamaları və məskunlaşmalarıdır. Diaspora qurupları ümumiyətlə mənsub olduğu etnosun, хalqın və qrupun maraqlarını qoruyur. Bununda şiddəti diaspora qrupunun milli düşüncəsinin və mənsub olduğu qrupa nə dərəcədə bağlılıqıla dəyişir.
Kaydol:
Kayıtlar (Atom)