3.28.2012

Güney Azərbaycanda mədəni soyqırımın ilk addımları: Xəyali ari soyunun törətdiyi soyqırımlar

İranda Məşrutə inqilabından sonra Rza şah 1925-ci ildən başlayaraq müxtəlif yollarla hakimiyyətə gəldi. Elə o zamandan başlayaraq İranda Azərbaycan türklərinə qarşı sistemli şəkildə vandalizm və mənfi assimliyasiya, mədəni soyqırım siyasəti həyata keçirilməyə başladı. Bütün resurslar fars dilini və mədəniyyətini, xüsusilə də Azərbaycan türkcəsinə və mədəniyyətinə qarşı qorumaq üçün sərf edildi, Azərbaycan türkləri də daxil olmaqla digər millətlərin dili və mədəniyyəti talan edilməyə başlanıldı. Qeyd etmək lazımdır ki, bu siyasətin təməli ari irqi məsələsinə dayanır. Avropada təhsil alan bir çox fars və başqa millətlərə mənsub ziyalılar elə düşünürlər ki, aridən üstün irq yoxdur. Halbuki bu iddianın heç bir elmi əsası yoxdur. Əllərində heç bir dəlil olmayan farslar məqsədlərinə digər millətlərin, o cümlədən də Azərbaycan türklərinin tarixini, dilini və mədəniyyətini məhv etməklə nail olmaq istədilər.