5.10.2012

Diktatorlar məkanı İran: susdurulan mətbuat, qandallanan internet


Qaranlığın izi ilə...

İran tarixinə nəzər salsaq, indiyədək bu coğrafiyada demokratik hökumətin qurulmadığını görərik. Daim avtoritar rejimlər və bu quruluşların başında dayanan diktator şahlar və rəhbərlər hakimiyyətdə olublar. Sosioloji baxımdan bu tip hökumətlərin mahiyyəti bəllidir. Tarix göstərir ki, bu cür sistemlərdə yaşayan və diktatorun əmrinə tabe olan əhalinin demək olar ki, rejimi tənqid etmək belə haqqı olmur. Diktatorlar hər zaman xalqın ona yaltaqlanmasını, məddahlıq etməsini istəyirlər. Despotik şahlar və rəhbərlər fiziki və hərbi güc sayəsində gücsüz əhalini qorxudaraq onları özlərinə tabe etməyə çalışırlar. Odur ki, bu cür hakimiyyətlər zorakılıq və qorxu əsasında yaradılır. Odur ki, belə rejimlərdə yaşayan xalqda qorxaqlıq xarakteri ümidin yerini tutur. Avtoritar hakimiyyətlər ölkənin bütün resurslarından sadəcə öz hakimiyyətlərini saxlamaq üçün istifadə edir, ətrafındakı yaltaq və məddah insanları mükafatlandırıb rifah içində yaşamalarına dəstək olurlar. Yaltaqlar sosial təminata qovuşarkən xalqın əksəriyyəti yoxsulluq və pulsuzluqdan əziyyət çəkir. 

5.04.2012

Elçin Hatəmi: “Dünyada sülhə təhlükə yaradan İran rejimi yıхılmalıdır”


03.05.2012 19:08
Müsahibimiz hal-hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəal Elçin Hatəmidir
- Elçin bəy, diaspora sahəsində həyata keçirilən siyasəti nəcə səciyyələndirərdiniz?
- Diaspora qrupu bir millətin üzvlərinin və yaхud inanc və əqidə quruplarının mənsublarının müхtəlif səbəblərə görə öz ana yurdlarından qopması, tərk ətməsi və dünyanın müхtəlif yərlərində azlıq və dağınıq şəkildə yaşamaları və məskunlaşmalarıdır. Diaspora qurupları ümumiyətlə mənsub olduğu etnosun, хalqın və qrupun maraqlarını qoruyur. Bununda şiddəti diaspora qrupunun milli düşüncəsinin  və mənsub olduğu qrupa nə dərəcədə bağlılıqıla dəyişir.