11.29.2012

Bizdə və Qonşularda əzilən qadınlar


Dünyanın heç bir ölkəsində qadınlarla kişilər bərabər statusa malik deyillər. Amma bir çox demokratik ölkələr qadın və kişilər arasında iqtisadi, siyasi, təhsil və səhiyyə sahəsindəki fərqləri cəmiyyət içində aradan qaldırmaq üçün ciddi addimlar atırlar və bunun müqabilində avtoritar rejimlər patriarxal təsəvvürləri sistem daxilində yürütməklə qadınların hüquqlarını pozmağa və onların təbii azadlıqlarını məhv etməyə çalışırlar. Bundan əlavə gender bərabərliyi cəmiyyətin dini, ənənəvi, mədəni, icitmai və iqtisadi şəraitindən təsir alır. Məsələn, bir çox ölkələr var ki onlarda demokratik qanular hakimdi və demokrat qüvvələr tərəfindən idarə olunurlar, amma gender bərabərliyi normal standartlara uyğun deyil və çox aşağı vəziyyətdədir.