8.20.2012

Diktator və Güney Azərbaycan zəlzələsi- Elçin Hatəmi


Zəlzələ bir təbii fəlakətdir. Insan yaranan bir gündən dünyanın bir çox yerində bu təbii fəlakətlə qarşılaşıbdır. Bu təbii fələkət nəticəsində indiyə kimi milyonlarca insan həlak olub, yaralanıb və ev eşiyi dağılıbdır. Güney Azərbaycanda baş verən zəlzələ bunun birincisi və sonuncusu deyildi, zəlzələ bir təbiətin qanunu olarak hər an dünyanın hər bir məkanında baş verə bilər. Bu fəlakətin qarşısını almaq indiyə kimi alimlər tərəfindən və elmi araışdırmalar təriqilə mümkün olmayibdır.

8.07.2012

Bəşər Əsəddən sonra İran hakimiyyətinin taleyi


2011-ci ilin mart ayının əvvəllərindən başlayaraq Suriyada indiyə kimi kütləvi etirazlar və Suriya qurtuluş ordusu ilə dövlət hərbi və təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma davam edir. Bu qarşıdurma zamanı Bəşər Əsəd hakimiyyəti indiyə kimi 20-minə yaxın insanı qətlə yetirib, inqilab davam edəcəyi təqdirdə ölənlərin sayının artacaqı gözlənilir. Baxmayaraq ki, müxalif qüvvələr bu yolda çox itki veriblər, inqilab başlayan zamandan bu günə kimi təşkilatlanıb dövlətin hərbi qüvvələrinin qarşısında gülcü səviyədə dirənib, müqavimət göstəriblər.