6.01.2012

İran nə üçün düşmənçilik edir?


İslam dövləti olduğunu iddia edən İranın başqa bir islam ölkəsi olan Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyi aydın şəkildə görünür. Fələstin üçün sözdə canfəşanlıq edən rəsmi Tehranın başqa bir islam torpağını zəbt edən Ermənistana qucaq açması, ona hər cür dəstək olması İranın gerçək üzü və siyasətindən xəbərsiz olanlarda təəccüb və sual yaradır: “İran nə üçün Azərbaycana qarşı düşmən mövqedə dayanır? İslam olkəsinə dəstək verəcəyi halda niyə təcavüzkar Ermənistana yardım göstərir?” Əslində cavab elə sualların özündə yatır. Məsələyə daha ətraflı şəkildə aydınlıq gətirmək üçün tarixin qanlı-qadalı səhifələrini vərəqləməli oldum.