12.29.2012

Korrupsiya Hakimiyyətləri və İtaətkar xalqlar

Beynəlxalq şəfaflıq təşkilatı 2012 ilinin dekabır ayının əvvəl həftəsində dünyanın 176 ölkəsində hökümət dairələrində və dövlət orqanlarıda korrupsiya, rüşvətxorluq və oğurluq barədə illik hesabatını yayınladı. Təşkilatın yaydığı “Korrupsiya Qavrama İndeksi” gösterdiki dünyanın 3 ölkəsindən ikisində hakimiyyətlər rüşvətxor, oğru və saxtakardı. Hesabata istinadən Avtoritar hakimiyyətlərin əksəriyyəti o cümlədən İran, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxistan, Üzbəkistan, Qırqızistan, Pakistan, Əfqanistan hökümətləri vəs hökümət dairələrində olan geniş miqyaslı korrupsiya baxımından dünyada lider ölkələrdən sayılıllar. Azərbaycan hakimiyyəti dünyada 139-cı yeri tutaraq qafqazın ən rüşvətxor ölkəsi olaraq siyahiyə alınıb. İran İsə geçən ilə nisbət 13 pillə düşərək 120 mərtəbədən 133-cü mərtəbdə yer alıbdı.Yazının məqsədi İranda və Quzey Azərbaycanda bu korrupsiyanın və yolsuzluğun səbəbini araşdırmaqdı.


Avtoritar rejimlərin mahiyyətinə baxdığımızda bu hakimiyyətlər toplumda tamamı ilə demokratik qüvvələri məhv edib və demokratik formada nəzarət etmə yollarının qapısını bağlayaraq ölkə daxilində bütün iqtisadi, icitmai sahələri bir partıyanın və yaxud bir fərdin ya ailənin xeyrinə hərbi və təhlükəsilik güclərə dayanaraq ələ keçirillər. Qeyri-demokratik rejimlər ölkə iqtisadıyatından və təbii sərvətlərindən əldə edilən gəlirləri özlərinin və yaxın tərəfdaraları arasında bölüşdürməklə məşğul olullar. Bölgəmizdə İran islam hakimiyyəti və Azərbaycan Əliyevlər hakimiyyəti avtoritarizmin parlaq nümunəsidi.

Aərbaycanda Əliyev ailəsi əldə etdikləri var dövləti ölkənin zəngin neft qaynaqlarının sayəsində toplayıblar. Halhzırda bu ailə və onların yaxın dostları və qohumları ölkədə bir iqtisadi oliqarxiya ilə bütün gəlir mənbələrinə nəzarət edillər. Korrupsiya hakimiyyətin üst dairələrindən yəni birinci prizdentin ailəsindən başlayaraq geniş miqyasda dövlətin bütün orqanlarını bürüyüb. Oğurluq, saxtakarlıq, rüşvətxorluq, bütün dövlət idarələrində hakimdi. Bu səbəbdən dolayı əhalinin əksəriyyəti aclıqdan yoxsulluqdan əziyyət çəkir və hüquqları hakimiyyət tərəfindən ciddi şəkildə pozulur. Əliyev ailəsi və onun yaxınları cəmiyyətdə bu çirkin əməllərə qarşı bir müqavimət görmədiklərində bunu geniş miqyasda həyata keçirir və bütün gəlir gətirən resursları öz inhisarlarına keçiriblər və heç bir iqtisadi rəqabətə imkan verilmir. Demek olar Əliyev hakimiyyəti bir oliqarxiya hakimiyyətidir və ölkədə azınlıqda olan və özünü nəcib sayan, oğruluqla var dövlətə sahib olan bir neçə ailə tərəfindən idarə olunur. Ölkənin pullarının və dövlət düdcəsinin kontrolu prizdentin əlindədi və bu barədə dövlət büdcəsinin haraya xərcləndiyi bəlli deyil və dövlət büdcəsi rayonlar arasında ədalətli bölünmür və bu haqda şəffafliq yoxdu. Əhalinin bir çoxunun itaətkarliğından rüşvət almağa və rüşvət verməyə cəmiyyət içində pesixolojik olaraq alişqanlıq yaranıbdı və rüşvət hörmət xarakteri daşıyır. Hal korrusiya cəmiyyətdə və dövlət idarələrində ümumi mədəniyyətinin əhəmiyyətli bir hissəsinə çevrilibdi. Çünkü əhali dövlət məmurlarına rüşvət verməyəndə problemləri həll olunmur.  

  Hakim ailə ölkədəki hüquq pozuntularını xalqdan mənimsədiyi pullarla ört-basdır etməyə çalışır. Prizdentin qızı Leyla və xanımı Mehriban Əliyev müxalifət partıyalarına zorakı basqılarla və tənqidi münasibət bəsləyən bloger və jurnalistləri həbs etməklə ad çıxarmış ailəsinin imicini xeyriyyə işləri ilə yaxşılaşdırmağa çalışır. Heydər Əliyev Fondu Azərbaycanın Təhsil Nazirliyindən daha çox məktəb, Səhiyyə Nazirliyindən daha çox xəstəxana inşa edir və Mədəniyyət Nazirliyindən daha çox mədəni törənlər təşkil edir. Hökümət bu işləri Mehriban xanımın bir mərhəməti kimi əhaliyə təqdim edir. Eyni hakdaki bu işlər hakimiyyətin borcudu və millətə aid olan pulların bir çoxunu oğurlayıb özlərinə dünyanın müxtəlif ölkələrində bizinis qurullar və bahalı evlər, mülklər qeydiyatdan keçirillər və özlərini xeyirxah göstərsinlər diyə onun bir az miqdarınıda əhaliyə xərcləyillər.

Hakimiyyət cəmiyyətdə polis və təhlükəsizlik qüvvələri vastəsi ilə qorxaqlıqı hakim edərək  tamam müqavimətsiz bir duruma gətirmək istəyir. Cəmiyyət içində bir iddə musiqiçilər, şairlər, müxbirlər, vəzifəli şəxslər vəs bu ailə yanında xoşməramlı görünsünlər diyə və onların qəsb etdiyi hökümətdə öz şəxsi maraqları üçün imtiyazlar əldə etmək üçün, yaltaqlıq və məddahlıq yöntəmidən istifadə edib özlerini hakimiyyətə vəfalı bir qulluqçu və icitmai xadim kimi göstərillər. Əhalinin əksəriyyəti qorxus atmosferindən dolayı hökümətin ədalətsizliyinə qarşı etiraz etməyə qadir deyildi və əhalinin bir çox insanlar hökümətin təziqlərindən özünü qurtarmaq  üçün və hökümət orqanları çörəyini kəsməsin diyə, onun isədiyi kimi davranır və üzdə hakimiyyəti dəstəkləyir. Əliyev hakimiyyəti heç bir ideologıyaya sahibi deyil və onda heç bir vətənpərvərlik hissi görmək mümkün deyil. Hökümətin təməlini oliqarxıyalıq və korrupsiya təşkil edir. Bu ailə cəmiyyət içində bir çox demokratik üsulları və dəyərləri məhv edib və cəmiyyəti populisti qurallarla idarə etməyə çalışır. Çünkü populisti cəmiyyəti istədiyi an hakimiyyətin məqsədi yönündə demakratik qüvvələrə qarşı, QHT-lərin əleyhinə, müxalifət partıyaları zəiflətmək üçün bir vasitə olaraq istifadə etməyə cəhd göstərir.

Iran islam dövlətinin vəziyyəti Azərbaycandan heçdə yaxşı deyil. Azerbaycanda xalq üçün bir iddə icitmai azadlıqlar misal üçün, seks azadlıqı, əyləncə, şənlik vəs tanınıb ama İran ölkəsində onlarda əhaliyə qadağan edilibdi. Hakimiyyət şəriətin irticai qayda qanunlarına dayanaraq bunları insanlara haram edibdi. Vətəndaşların islam dinin qyda qanunlarına qarşı hərəkət etdiyi təqdirdə, hökümət tərəfindən ağır vəziyyətdə cəzalandırılır. İran islam respublikası yaranan bir gündən minlərcə insan bu səbəbdən dolayı edam edilib, ağır işkəncələrə məruz qalıb və ömrünün bir çox zamanını həbsxanalarda keçirmək məcburiyyətində olublar.  

Iran ana yasaına istinadən İran hökümətinin dini lideri Ayətullah Əli Xamənei şiələrin 12-ci imamı olan İmam zamanın qeybəti zamanı onun yer üzündə nümayəndəsidi və tərəfdarları bu şəxsi İmam Xamənei olaraq ifadə edillər və ona kütlə içində ilahi təqəddüs verməyə çalışıllar. Bu barədə İran inqilab keşikçiləri təşkilatı “Sepah” və ona bağlı olan orqanlar daha aktiv iştirak edillər və böyük əmək verillər. Əli Xamənei və fanatları yaranan fürsətdən istifadə edib neft satışından əldə edilən gəlirləri öz aralarında bölüşüllər. Hakimiyyətin qoruyucusu olan İnqilab Keşihçiləri təşkilatı ölkədə bir çox siyasi, iqtisadi və icitmai sahələri ələ keçirib və bütün hökümət dairələrində hökm sürür. Ölkədə bütün  özəl və dövlətə bağlı olan sahələrin fəaliyyəti bu hərbi–ideolojik təşkilatın nəzarəti altındadı bu barədə məşruiyyətini ali dini lider Əli Xaməneidən alır. Əldə edilən məlumatlara görə təkcə Əli Xaməneinin və ailəsinin Iran xalqının təbii sərvəti olan neft satışlarından indiyə kimi oğurladığı pullar 50 milyard ABŞ dollarına yaxındı.
Şəriət qayda qanunları hakimiyyətin təməlini təşkil edir. Hakimiyyət ümum xalqa bunları zorla yükləmək istəyir və onlara əməl etməyi hər bir müsəlman üçün vacib olduğunu vurğulayır. Hökümət qüvvələrində bu barədə heç bir tolerantlıq yoxdu, Xamənei yaxın olan şəxslər və onun düşüncələrinə dəstək verən insanlar mükafatlandırılır və Dini liderə müxalif olan şəxslər və siyasi qüvvələr ölkədə siyasi səhnədən bir dəfəlik silinillər və ağır təziqlərə məruz qalıllar.

 Diktator liderlərin əksəriyyətində bir pesixolojik olaraq qimətləndirildiyi kimi Ayətullah Əli Xaməneidə cəmiyyətdən özəlliklə fanatlarından və azarkeşləridən tələb edir hər zaman ona məddahlıq etsinlər və boyuna oxşasınlar və özünə qarşı heç cürə tənqidi fikirləri xoşlamır və tənqid edənlərə kinlə münasibət bildirir. Bu səbədən dolayı kimsənin hakimiyyəti tənqid etməyə cəsarəti yoxdu və ölkə daxilində, hakimiyyət orqanlarında şəffaflıq yoxdu. Korrupsiya, oğurluq, rüşvətxorluq dövlət idarələrinin bir çoxunu öz kolgəsi altına alıbdır. Dini hakimiyyətin iqtisadi ədalətsizliyindən və ayrı-seçkiliyindən dolayı əhalinin bir çoxu işsizliyə və yoxsuluğa məruz qalıblar və bir çox məişət prablemləri ilə mücadilə edillər. Bu problemlər İranda olan millətlərin yaşadığı coğrafıyalarda daha artıq hiss olunur. Hakimiyyətin ümum xalqa qarşı həyata keçirdiyi ağır təziqlər və basqılar, İranda Azərbaycanda olduğu kimi bir itaətkar cəmiyyətin formalaşmasına səbəb olubdu. Eynihaldakı əhalinin əksəriyyəti İran dövlətindən narazıdı ama basqılardan dolayı etirazını bildirə bilmir və hökümətin tələbatına boyun əymək və onun əmirlərinə tabe olmaq məcburiyyətində qalır.

Günümüzdə qloballaşma və demokratıya dalğaları bütün avtoritar rejimləri öz altına alıb məhv etməkdədir. Son neçə il ərzində dünya xalqları bunların bir neçəsinin yıxılmasının şahidi oldu. Hal hazırda Demokratik inqilablar dünya səviyyəsində davam etməkdədi. Tarixdə qüdrətli Totaliter və despotik rejimlərin xalqlarının demokratik istəkləri müqabilində çökərək təslim olduğunu gördüyümüzdə bunun gələcəkdə digər şəraitin xüsusi ilə beynəlxalq və daxili şəraitin təmin olduğu təqdirdə İranda və Azərbaycanda hakimiyyət deyişikliyinin asanca gərçəkləşəcəyini düşünürəm. Quzey Azərbaycanda əgər hakimiyyət istərsə şərait demokratik islahatlar üçün hazırdı, hökümətin dinc yolla və azad seçgi yolu ilə demokratik qüvvələrin əlinə keçməsi mümkündü ama İranda bu məsələ şəriətin irticai qanunlarından dolayı imkansızdı, İran ana yasasında bütün hökümət qüvvələri ali dini liderin nəzarəti altındadı və seçginin bir mənası yoxdu. Xaməneinin təlimatı ilə İran nəzarət şurası istədiyi şəxslərin və öz yaxınlarının seçgilərə namizədlik səlahiyyətini təsdiqləyir və digər müxalif qüvvələrə seçgilərə qatılmağa icazə verilmir. İranda sistemin təməlinin qeyri-demokratik olduğunu görüncə bir çox ekspertlər və siyasi fəallar İran rejiminin təməldən, köklü dibli dəyişilməsini İranda bir demokratik toplumun qurulması üçün zəruri hesab edillər. Bu arada Azərbaycan hakimiyyəti son zamanlarda bölgədə baş verən inqilablardan xüsusən Libya və Mısır inqilabından dərs almalıdı və seçgilərin azad və demokratikcəsinə keçirilməsinə şərait yaratmalıdır və demokratik qüvvələrinə qarşı həyata keçirilən təziqlər və baqılar yerinə onlarında dövlət içində yer almasına icazə verməlidir. Əks təqdirdə gələcəkdə Azərbaycan hakimiyyətini və onun rəhbərlərini Libiyada Muəmmər Qəddafinin və Mısırda Hüsnü Mübarəkin hakimiyyətinin taleinə bənzər bir tale gözlüyə bilər.